Numeralogiyanın Martinez üçün ironik sonluğu

07.07.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Numeralogiyanın Martinez üçün ironik sonluğu

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines vəzifəsindın gedəcəyini açıqlayıb.

QOL.az xəbər verir ki, ispaniyalı mütəxəssis 2026-cı il dünya çempionatının 1/8 finalında İspaniyaya məğlubiyyətdən (0:1) sonra keçirdiyi mətbuat konfransında bunun milli komandanın sükanı arxasında son oyunu olduğunu bildirib.

Bu arada Martinezlə bağlı maraqlı detalıar ortaya çıxıb. Portuqaliyanın məşhur “Record” nəşri hələ iyun ayında Martinezim numerologiya elminı maraq göstərdiyini iddia etmişdi. Məlumata görə, o, futbolçularına dünya çempionatında komandaya uğur gətirəcək rəqəmin 6 olduğunu deyirmiş.

Məşqçi özü də verdiyi müsahibədə bunu təsdiq etmişdj: “Mən numerologiyaya inanıram. Düşünürəm ki, 6 rəqəmi bizə uğur gətirə bilər. 2016-cı ildə Portuqaliya Avropa çempionu oldu, 1966-da dünya çempionatındakı ən yaxşı nəticəsini göstərdi…”  

Lakin təsadüf ironik sonluqla nəticələnib. Dünən Portuqaliyanı mübarizədən kənarlaşdıran yeganə qolu İspaniya millisinin 6 nömrəli futbolçusu Mikel Merino vurub. Üstəlik, qarşılaşma da 6 iyul tarixində keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью