Numon Muhammadiyev: Dövlət qurumları cəmiyyət və ətraf mühit qarşısında da məsuliyyət daşımalıdır

05.11.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 5 noyabr, AZƏRTAC

Müasir dövlət qurumları yalnız keyfiyyətli xidmət göstərməməli, eyni zamanda, cəmiyyət və ətraf mühit qarşısında da məsuliyyət daşımalıdır.

AZƏRTAC xəbər verir ki, bunu Özbəkistanın ədliyyə nazirinin müavini Numon Muhammadiyev "Firavan və inklüziv cəmiyyətlərin qurulmasında liderlik, düşüncə tərzi və ictimai dəyərin yaradılması" mövzusunda panel sessiyada çıxış edərkən deyib.

O bildirib ki, dövlət idarəçiliyinin əsas göstəricisi təqdim olunan sənədlərin sayı deyil, bürokratik maneələrin azalması və dövlətlə vətəndaş arasında etibarlı münasibətlərin formalaşmasıdır. Məhz bu amillər güclü cəmiyyətin və etibarlı dövlət idarəçiliyinin əsasını təşkil edir.

Müxbirlər - Günel Türksoy, Tərgül Babayeva

Fotoqraf - İlkin Cavanşirov

Videooperator - Vüsal Taqiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью