Nunu Mendeş PSJ nin heyətinə qayıtdı

13.10.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransanın PSJ futbol komandasının müdafiəçisi Nunu Mendeş UEFA Çempionlar Liqasının liqa mərhələsinin ikinci turunda İngiltərənin “Mançester Siti” klubuna qarşı keçiriləcək oyunun iştirak ərizəsinə daxil edilib.

İdman.Biz xəbər verir ki, “Maisfutebol” nəşrinin məlumatına görə, Portuqaliya millisinin üzvü UEFA Millətlər Liqasındakı oyunlardan sonra verilən istirahət müddətini başa vurub.

Mendeşlə yanaşı, eyni səbəbdən istirahət edən Usman Dembele də baş məşqçi Luis Enrikenin Çempionlar Liqası üçün müəyyənləşdirdiyi heyətdə yer alıb.

Ötən həftəsonu Fransa çempionatında “Le Man” üzərində qazanılan qələbədə iştirak edən Vitinya və Joau Neveş də qarşıdakı görüşə çağırılıb.

Qeyd edək ki, “Mançester Siti” - PSJ qarşılaşması oktyabrın 14-də İngiltərədə keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью