Nunu Mendeş Ronaldunun millidən ayrılmasına münasibət bildirdi

02.10.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Portuqaliya millisinin futbolçusu Nunu Mendeş milli komandanı özbaşına tərk edən Kriştianu Ronaldunun vəziyyəti ilə bağlı danışıb.

İdman.Biz insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, Mendeş Ronaldu məsələsinin onun problemi olmadığını deyib.

“O, milli komandanın oyunçusudur və biz hazırda görməli olduğumuz işlərə, eləcə də məşqçinin bizə aşılamaq istədiklərinə köklənmişik. Qalan məsələlərə gəlincə, bunu həll etmək bizim səlahiyyətimizdə deyil. Biz buradayıq ki, komandaya qoşulacaq hər bir oyunçunu salamlayaq”, – deyə Mendeş bildirib.

Məlumata görə, 41 yaşlı hücumçunun baş məşqçi Jorje Jezuşla münaqişəsi yaranıb.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью