Nunyesdən türklərə “yaşıl işıq”

03.08.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Hilal”da çıxış edən Darvin Nunyes karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, uruqvaylı hücumçu “Beşiktaş”la anlaşıb. Bu barədə insayder Saşa Tavolyeri məlumat yayıb. O, Nunyesin icarə əsasında “qara qartallar”a keçəcəyini bildirib.

Darvin 2025-ci ilin avqustundan “Əl Hilal”da çıxış edir. O, Səudiyyə Ərəbistanı Pro Liqasında 16 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью