Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Şadlıq saraylarını işlədənlər isə fotoqrafın, dekor şirkətinin, tort hazırlayanın puluna şərik olur, monopoliya yaradır, gözü doymur.
İnsanların qazancının qarşısını alırsınız ki, 5-3 manat qazanan da qazana bilməsin. İnsanların çörəyinə bais olub mafiya qurublar.
Hamıdan faiz alırlar". Kulis.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri öz feysbuk hesabında yazıb.
"İ nsanların çörəyinə bais olub mafiya qurublar" Onun dediyinə görə şadlıq sarayı sahibləri işçilərin puluna şərik olur: "Heç kəs toy edib şadlıq sarayından çek almır.
Niyə? Evinizdə çörək bişirib satsanız, vergi qapınızı kəsdirəcək ki, cərimə ödə, çörəyi satanda çek verməmisiniz.
Necə olur ki, 50-500 min arası şadlıq sarayına toya pul ödənilir və heç kəs nə çek tələb edir, nə də çek verir?
Necə olur ki, sənədlə həmin o möhtəşəm şadlıq sarayları adi adamların adına olur və heç kəs maraqlanmır, sənə bu pul hardandır?