Nura Suri nazirliyə çağırıldı: Əgər bir problem varsa...

15.12.2025

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Ümumiyyətlə, əgər bir problem varsa, gec-tez onun bir nəticəsi olmalıdır. Nəticənin müsbət və ya mənfi olması ikinci məsələdir, əsas odur ki, reaksiya var”.

Globalinfo.az xəbər verir ki, bu sözləri bir müddət əvvəl Mədəniyyət Nazirliyi ilə bağlı qalmaqallı açıqlamasıyla gündəmə gələn müğənni Nura Suri sosial şəbəkədə yazıb.

O, nazirliyə çağırıldığını bildirib:

“Mədəniyyət Nazirliyinə yazdığım ərizəmi nə məktubla, nə də e-mail ilə cavablandırdılar. Məni 10 dekabrda nazirliyə dəvət edib müəyyən məsələləri müzakirə etdilər. Problemlərin tam həll olunub-olunmadığına hələ əmin deyiləm, amma bu da bir nəticədir.

Bu aktivliyin özü – həm mənim, həm də sənət dostlarımın qaldırdığı məsələlərin və səsimizin nəticəsidir. Bu da bir nəticədir”.

Qeyd edək ki, Nura Suri, müğənni Almaxanım Əhmədova və bir çox sənət adamı dövlət tədbirlərinə dəvət olunmadıqları ilə bağlı qalmaqallı açıqlama vermişdilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью