Nura Surinin LosAncelesdə yaşayan oğlu təxliyə olundu

10.01.2025

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müğənni Nura Surinin ABŞ-da yaşayan oğlu yanğınla əlaqədar təxliyə olunub.

Lent.az xəbər verir ki, bununla bağlı müğənni sosial şəbəkə hesabında bildirib.

Sənətçi həmin paylaşımda, "Los-Ancelesdəki yanğın böyük oğlumun evinə yaxınlaşır. Həyəcandan yatmamışam", deyə qeyd edib. Sonra isə o, izləyicilərinin suallarına cavab olaraq, artıq oğlunun təxliyə olunduğunu deyib.

Qeyd edək ki, müğənninin iki oğlu ABŞ-da yaşayır. ABŞ-ın Kaliforniya ştatında yanğınlar yanvarın 7-dən başlayıb. Nəticədə insanlar evlərindən təxliyə olunub, çoxsaylı ölkələr buradakı konsulluqlarını bağlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью