Nuradan ilk dəfə süni intellektli klip

24.01.2025

Icma.az, Olay.az portalına istinadən məlumat verir.

Nuradan ilk dəfə süni intellektli klip

Müğənni Nura Suri süni intellektlə hazırlanmış layihəsini təqdim edib.
OLAY yazır  ki, “İcazəm yox” adlı mahnının müəllifi Əli Türkoğludur.  

Layihəni istehsal edən Toğrul Rzayev açıqlamasında bildirib ki, klip ssenari üzərindən sıfırdan ilk dəfə süni intellektlə hazırlanıb:

“Xeyirli, uğurlu olsun! Detallara fikir verməyin. Nəzərə alın ki, bu, süni intellektlə hazırlanıb. Azərbaycanda hələ belə ssenari üzərində qurulmağı möcüzədir. Heç kimdə belə film kimi süni intellektlə klipi olmayıb”.

Qeyd edək ki, layihədə süni intellekt üzrə direktorluq İsmayıl Həmidova həvalə edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью