Nurgül Yeşilçay yeni imici ilə diqqət çəkdi

17.05.2025

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir müddətdir ekranlardan uzaq düşən və sosial şəbəkədəki paylaşımları ilə gündəmdə olan aktrisa Nurgül Yeşilçay yeni imici ilə diqqət çəkib.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, 49 yaşlı aktrisa uzun müddətdir ki, ekranlarda görünməsə də, sosial mediada aktivdir. Hər anını paylaşan Yeşilçay bu dəfə saçlarını qısa kəsdirərək yeni görünüşünü izləyicilərinə təqdim edib.

Paylaşımında “sizdən soruşdum. Kəsdirmə dediniz mən də kəsdirdim”,- deyən aktrisanın imicindəki bu dəyişikliyi sosial mediada yenidən müzakirə mövzusuna çevrilib.

Fidan Hacızadə
Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью