Nurgül Yeşilçayın yeni serialının adı açıqlandı

11.09.2025

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Məşhur aktrisa Nurgül Yeşilçayın yeni layihəsi bəlli olub.

BAKU.WS xəbər verir ki, o "Ömür Usta" adlı layihəsi ilə yenidən ekranlarda görünəcək.

Layihə "Ay Yapım" tərəfindən NOW TV üçün çəkiləcək.

Aktrisa ekran işində 15 yaşında evləndirilən, 3 uşağı və bir nəvəsi olan qadının həyatını canlandıracaq.

Serialın rejissoru Hilal Saral, senari müəllifi isə Çağla Kızılelmadır.

Xatırladaq ki, Nurgül Yeşilçay "İkinci Bahar", "Asmalı Konak" və "Paramparça" kimi reytinqli layihələrdə tol alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью