Nuri Bilge Ceylanın yeni filmində baş rolu o oynayacaq

02.03.2026

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məşhur türk aktrisa Pınar Denizin növbəti layihəsi bəlli olub.

Kulis.az xəbər verir ki, o, Nuri Bilge Ceylanın yeni filmində baş rolu canlandıracaq.

Yay aylarında çəkilməsi planlaşdırılan ekran işinin çəkilişləri İstanbul və Egey bölgəsində aparılacaq. Filmin süjeti və Pınar Denizin canlandıracağı obrazla bağlı detallar hələlik açıqlanmayıb.

Qeyd edək ki, Nuri Bilge Ceylan axırıncı dəfə Merve Dizdara Kann Film Festivalında “Ən yaxşı aktrisa” mükafatını qazandıran “Kuru otlar üstüne” filmini çəkmişdı. Rejissor həmçinin “Üç maymun”, “Bir zamanlar Anadoluda”, “Kış uykusu”, “Ahlat ağacı” və “Uzak” kimi filmləri ilə tanınır.

Rejissor “Kış uykusu” filmi ilə Kann Film Festivalında baş mükafata - “Qızıl Palma budağı”na layiq görülüb.

Ramiz Əzizbəylinin həyat yoldaşı vəfat etdi Vatikanı dəhşətə gətirən "pornoqrafiya" - Xəsis dahi şah əsərlərini niyə oda atmışdı? "Kıskanmak"da növbəti ayrılıq
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью