Nuri Şahin addım addım Super Liqaya doğru: İstanbul klubunu çalışdıracaq

10.03.2025

Icma.az, Apasport portalına istinadən məlumat verir.

"Borussiya Dortmund"un sabiq çalışdırıcısı Nuri Şahin Türkiyə Super Liqasına qayıda bilər. 

Apasport.az xəbər verir ki, Şahin ölkəsində yeni iş tapıb. 

Belə ki, yaxın günlərdə "Başakşehir"də Nuri Şahin dövrü başlayacaq. 

Çağdaş Atanla yollarını ayırmağa hazırlaşan "Başakşehir" rəhbərliyi bir müddətdir işsiz olan Nuri Şahini yeni baş məşqçi kimi nəzərdən keçirir. İstanbul klubu gənc baş məşqçi üçün ilk təmaslara başlayıb.

Qeyd edək ki, daha əvvəl sabiq "Fənərbaxça"lı Aykut Kocamanın İstanbul təmsilçisində çalışacağı bildirilmişdi. 

"Barselona" Rafinya üçün yeni müqavilə hazırlayır "Trabzonspor"da istefa səsləri “Bayer”in ulduzu zədələndi: ”Bavariya” ilə matçı buraxa bilər “Barselona”da ciddi itki: matç təxirə salındı Rüdiger yenə sıradan çıxdı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью