Nuri Şahin Fənərbağça naminə qolunu çırmaladı

21.07.2026

Fanat saytına istinadən Icma.az xəbər verir.

"Fənərbağça" "Borussiya Dortmund"un hücumçusu Seru Qirassinin transferi istiqamətində növbəti addım atıb.

Fanat.Az xəbər verir ki, məlumatı "Fanatik" nəşri yayıb.

Xəbərə görə, İstanbul klubu transfer danışıqlarında "Borussiya"nın sabiq baş məşqçisi, eyni zamanda keçmiş kapitanı Nuri Şahinin dəstəyindən yararlanmaq qərarına gəlib.
Nuri çətinə düşən transfer prosesində Qvineya millisinin hücumçusunu "Fənərbağça"ya keçməyə razı salmağa çalışacaq.

Xatırladaq ki, 30 yaşlı Seru Qirassinin Almaniya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Əlisahib İbrahimli

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью