Nuri Şahin qalır? İdman və Biz

18.01.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Nuri Şahinə güvənirik".

İdman.biz xəbər verir ki, bunu Dortmund "Borussiya"sının idman direktoru Sebastyan Kehl klubun baş məşqçisinin mümkün istefası barədə danışarkən deyib.

Nuri Şahinin komandası "Ayntraxt"a 0:2 hesabı ilə uduzaraq 2025-ci ildə keçirdiyi üçüncü matçında da məğlub olub.

Mövsümə məğlubiyyətsiz beş oyunla başlayan "Borussiya" hazırda Bundesliqada 10-cu pillədədir.
36 yaşlı türkiyəli məşqçi klub rəhbərliyinin dəstəyi ilə bağlı belə deyib:
"Arqumentlər performans və nəticələrdir. Hər üç gündən bir vəzifədə olduğumu təsdiqləməyə ehtiyacım yoxdur. Vəziyyəti hamımız bilirik. Ya özünüzdən şübhə edə bilərsiniz, ya da bu acınacaqlı vəziyyəti qəbul edib öz mövqeyinizdə dayana bilərsiniz. Məşqçi kimi burada olduğum son günə qədər başqa heç nə istəməyəcəyəm”.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью