Publika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Mançester Yunayted"in və "Ayaks"ın keçmiş baş məşqçisi Erik ten Haq Dortmund "Borussiya"sına rəhbərlik edə bilər.
Publika.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb. Niderlandlı mütəxəssis bu postda Nuri Şahini əvəz etməyə yaxındır.
Buna səbəb komandanın Bundesliqada "Holstein Kiel"ə məğlubiyyətdən sonra (4:2) 9-cu yerə düşməsidir.
Son 7 qarşılaşmada dortmundlular yalnız bir qələbə qazanıb. Qeyd olunur ki, Ten Haq "Borussiya" - "Bayer" matçında (2:3) belə iştirak edib.
Onun Dortmund klubunun məsləhətçisi Matias Sammer ilə də yaxşı münasibəti var.
Heybət Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.