Nuri Şahin yenidən Türkiyə Super Liqasına qayıdır

10.03.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Borussiya Dortmund"un sabiq çalışdırıcısı Nuri Şahin Türkiyə Super Liqasına qayıda bilər.

Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, Nuri Şahin Türkiyədə yeni iş yeri tapıb.

Belə ki, yaxın günlərdə "Başakşehir"də Nuri Şahin dövrü başlayacaq.

Çağdaş Atanla yollarını ayırmağa hazırlaşan "Başakşehir" rəhbərliyi bir müddətdir işsiz olan Nuri Şahini yeni baş məşqçi kimi nəzərdən keçirir. İstanbul klubu gənc baş məşqçi üçün ilkin təmaslara başlayıb.

Bundan öncə sabiq "Fənərbağça"lı Aykut Kocamanın İstanbul təmsilçisində çalışacağı bildirilirdi.

Qeyd edək ki, 36 yaşlı mütəxəssis daha əvvəl "Antalyaspor"da çalışıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью