Nuri Şahindən Fənərbaxça ya dəstək Qirassi üçün hərəkətə keçir

21.07.2026

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Fənərbaxça" "Borussiya Dortmund"un hücumçusu Seru Qirassinin transferi istiqamətində növbəti addım atıb.

Apasport.az xəbər verir ki, bu barədə Fanatik nəşri məlumat yayıb.

Məlumata görə, İstanbul klubu transfer danışıqlarında "Borussiya"nın sabiq baş məşqçisi, eyni zamanda keçmiş futbolçusu və sabiq kapitanı Nuri Şahinin dəstəyindən yararlanmaq qərarına gəlib.
Bildirilir ki, hazırda "Başakşehir"in baş məşqçisi olan Nuri Şahin vaxtilə Almaniya klubunda Qirassi ilə birlikdə çalışıb. 
Nuri çətinə düşən transfer prosesində Qvineya millisinin hücumçusunu "Fənərbaxça"ya keçməyə razı salmağa çalışacaq.

Qeyd edək ki, 30 yaşlı Seru Qirassinin Dortmundla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

"Qalatasaray"ın növbəti rəqibi: Fransa klubu İstanbula gəlir Messidən komanda yoldaşlarına: “Bu, son oyunumdur” ÇL: "Fənərbaxça" "Qornik"ə qarşı - YENİLƏNİR "Benfika" Duranı icarəyə götürdü - Rəsmi Messidən final məğlubiyyətindən sonra ilk açıqlama
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью