Nuri Şahinin yerinə onu gətirirlər Müvəqqəti

23.01.2025

Icma.az, Publika.az saytına istinadən bildirir.

53 yaşlı xorvatiyalı mütəxəssis Niko Kovaç Dortmund “Borussiya”sının baş məşqçisi vəzifəsinə əsas namizəddir.

Publika.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, “Borussiya” rəhbərliyi Kovaçın namizədliyini müvəqqəti hesab edir və ona mövsümün sonuna qədər müqavilə təklif edəcək.

Amma yayda Almaniya klubu yeni baş məşqçi axtarışına fəal şəkildə başlayacaq. Namizədlər arasında Erik ten Haq, Sebastian Hennes və Roqer Şmidt var.

Niko Kovaç Almaniyada “Ayntraxt Frankfurt”, “Bavariya” və “Volfsburq”da çalışıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью