Nuriddin Xoliknazar: Özbəkistan və Azərbaycan xalqları əbədi dostdur

16.09.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Ağdam, 16 sentyabr, AZƏRTAC

Mən Özbəkistan müsəlmanları adından bu məscidin yenidən öz əhlinə, öz müsəlmanlarına qayıtmasından, öz diyarında yenə öz camaatına qovuşmasından məmnunluğumu bildirirəm. Bu məscid, bu diyar neçə-neçə günahsızların göz yaşlarının şahidi olub, şəhidlərin qanı bahasına azad edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Nuriddin Xoliknazar Ağdamda keçirilən Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransda deyib.

"Biz sadəcə dost və qardaş deyilik. Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən "Əbədi dostluq haqqında müqavilə" imzalanıb. İndi Özbəkistan və Azərbaycan xalqı əbədi dostdur", - deyə o bildirib.

Müxbir - Tahir Ağaməmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью