Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Nuridə Məmmədova vəzifəsindən ayrılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Nuridə Məmmədova yaşayış yerini dəyişdiyi üçün öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunub.
Nuridə Məmmədova səhiyyə sahəsində uzun illər müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, 2017–2021-ci illərdə Lənkəran Regional Onkoloji Xəstəxanasının baş həkimi, 2022–2025-ci illərdə Lənkəran Regional Perinatal Mərkəzinin rəhbəri, 2025-ci ildə isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında cərrahi işlər üzrə direktor müavini vəzifəsini icra edib.
2025-ci ilin avqust ayında Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru təyin olunan Nuridə Məmmədova bir ilə yaxın bu vəzifədə çalışıb.
Bizim.Media