Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Macarıstan çempionatında III turun oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, millimizin hücumçusu Anatoli Nuriyevin çıxış etdiyi “Kişvarda” evdə “Uypeşt”i qarşılayıb. Məhsuldar keçən qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.
A. Nuriyev matça 77-ci dəqiqədə daxil olub, lakin qolla fərqlənə bilməyib.
Bu məğlubiyyətdən sonra aktivində 4 xal olan “Kişvarda” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.