Nuriyevin komandası liderliyə yüksəldi

01.08.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nuriyevin komandası liderliyə yüksəldi

Macarıstan çempionatında ikinci turun oyunlarına start verilib. 

QOL.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Anatoli Nuriyevin yenicə müqavilə imzaladığı “Kişvarda” səfərdə “Puşkaş Akademi”nin qonağı olub. Matç qonaqların qələbəsi ilə başa çatıb. 

“Puşkaş Akademi” - “Kişvarda” - 0:2
Qollar:
Akos Esik, 33, Kristian Herc, 61-pen.

Anatoli Nuriyev bu matçın iştirakçısı olmayıb. Onun adı görüşün protokoluna daxil edilməyib.

Bu qələbə sayəsində “Kişvarda” 4 xalla turnir cədvəlində liderliyə yüksəlib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью