Nurlan Novruzov II Liqa təmsilçisinə keçdi

27.07.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nurlan Novruzov karyerasını Azərbaycan II Liqasında davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, 33 yaşlı hücumçu “Ağstafa Gəncləri” ilə anlaşıb. Bölgə təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, təcrübəli forvardla 1 illik müqavilə imzalanıb.

Karyerasına “Bakı”da başlayan hücumçu ölkəmizdə “Sumqayıt”, “Zirə”, “Səbail”, “Xankəndi”, “Şəki Siti” və “ASTA Mingəçevir” klublarında oynayıb. Novruzov, həmçinin Türkiyə, Moldova, Estoniya, Litva və Nepalda da legioner həyatı yaşayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью