Nurlan Novruzov: “Mənə inandılar və bu şansı verdilər”

27.11.2026

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Məşqçilik kurslarına qatılmağa qərar verdim. İlk olaraq AFFA-nın təşkil etdiyi UEFA C lisenziya kurslarında iştirak edəcəm".  Bu sözləri Sport24.az-a açıqlamasında "Neftçi"nin U-12 komandasına məşqçi təyin olunan Nurlan Novruzov deyib.
O, məşqçiliyə başlamasından, yeni fəaliyyətində qarşıya qoyduğu hədəfdən danışıb:
"Məşqçiliyə yeni başladığım üçün müəyyən qədər həyəcan var idi. Amma kurs rəhbərlərinin keçdiyi dərslər, uşaq futbolunda vacib olan ən xırda detalları bizə öyrətmələri və futbolçu təcrübəm bu həyəcanı aradan qaldırdı. Məşqçilik də futbolçuluq kimidir. Bu sahədə də daim öyrənməlisən. Mənə bu şəraiti yaratdıqları üçün "Neftçi" rəhbərliyinə təşəkkür edirəm. Mənə inandılar və bu şansı verdilər. Hədəfim akademiyadakı uşaqlara futbolu daha yaxşı və asan yollarla öyrətməkdir. Nə qədər sadə oynasalar, bir o qədər tez inkişaf edəcəklər. Əslində, akademiyamızda kifayət qədər istedadlı futbolçular var. Onlarla düzgün işləməli və doğru istiqamət verməliyik".
Qeyd edək ki, 33 yaşlı Nurlan Novruzov hazırda II Liqada çıxış edən "Zəngəzur"un hücumçusudur. O, futbolçu karyerası ərzində "Sumqayıt", "Bakı", "Zirə" və "Səbail" kimi komandaların formasını geyinib. Həmçinin Moldova, Estoniya, Nepal və Litvada legioner həyatı yaşayıb. Novruzov 2014/2015 mövsümündə "Bakı"nın heyətində Premyer Liqanın bombardiri olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью