Nurlana Əliyeva vəfat etdi

01.07.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Bakı Slavyan Universitetinin sabiq rektoru, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının keçmiş sədri Nurlana Əliyeva vəfat edib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, o bu gün səhər saatlarında dünyasını dəyişib.

Nurlana Əliyeva son vaxtlar səhhətində yaranmış problemlərlə əlaqədar xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, N.Əliyeva uzun illər Bakı Slavyan Universitetinə rəhbərlik edib və ictimai-siyasi fəaliyyətlə məşğul olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью