Icma.az, Ses qazeti saytına istinadən bildirir.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbirdə əvvəlcə görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə qərənfillər düzülüb.
Lənkəran Mədəniyyət Mərkəzində davam edən tədbirdə regionun şəhər və rayon icra hakimiyyətlərinin əməkdaşları, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rayonlar üzrə sədrləri, Lənkəran-Astara Regional Təhsil İdarəsinin kollektivi, rayonlar (şəhər) üzrə təhsil sektorlarının müdirləri, təhsil müəssisələrinin rəhbərləri, müəllimləri, qazi və şəhid ailələrinin üzvləri
iştirak ediblər.
Tədbirdə regionun şəhid müəllimləri – Tural Rəhimov, Ehtiram Hüseynli, Elgün Quliyev və Emil Qurbanovun timsalında Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Dövlət Himninin sədaları altında başlanan tədbirdə çıxışında Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev əlamətdar gün münasibətilə təhsil işçilərini təbrik edib və deyib:- Müəllimlik peşəsi cəmiyyətin və gələcəyin formalaşmasında mühüm rol oynayır. Ölkəmizdə dövlət tərəfində müəllim əməyinə böyük diqqət və qayğı göstərilir. Həmçinin Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında təhsilin cəmiyyətin ideoloji təhlükəsizliyindəki roluna dair söylədiyi fikirlər də çox dəyərli oldu.
Natiq daha sonra geniş dünyagörüşlü və vətənpərvər gənc nəslin yetişdirilməsi müəllimlərin üzərinə böyük məsuliyyət qoyduğunu deyib, eləcə təhsilin qarşısında duran vəzifələrdən genış məlumat verib.
Tədbirdə çıxış edən digər natiqlər də müəllimlik peşəsinin yüksək mənəvi dəyərindən, müəllimlərin gənc nəslin təlim-tərbiyəsində və cəmiyyətin inkişafında mühüm rolundan, təhsil işçilərinə göstərilən dövlət diqqətindən və müəllim əməyinin stimullaşdırılmasının əhəmiyyətindən danışıblar.
Tədbir çərçivəsində təhsilin inkişafındakı xidmətlərinə və gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlərinə görə bir sıra təhsil işçisinə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, Elm və Təhsil Nazirliyinin Fəxri fərmanları, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşəkkürnamələri təqdim olunub.
Bədii hissəsə üçün Lənkəran şəhər 16 saylı körpələr evi-uşaq bağçasının balaca fidanların hazırladığı ədəbi-bədii kompozisiya tədbir iştirakçılarda xoş ovqat yaradıb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü