Nurməhəmmədov Dvalişvili ilə insidentə görə həbs olundu

13.11.2026

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Rusiyalı MMA döyüşçüsü Usman Nurməhəmmədovun Əbu-Dabidə Merab Dvalişvili ilə baş verən insidentə görə altı ay müddətinə azadlıqdan məhrum edildiyi bildirilir.

Moderator.az xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb.

Məlumata görə, idmançını müşayiət edən şəxslərdən biri də eyni cəzanı alıb. Məhkəmə iclasında iştirak etmiş şəxslərin tanışına istinadən yayılan xəbərdə Nurməhəmmədov və onun yoldaşının hər biri 300 min dirhəm (81 min dollardan çox) cərimələnib.

M.Dvalişvili və onun dostu Saba Lazişvili isə həbs cəzasından yayınıblar. Onların hər birinə hadisənin görüntülərini yaydıqlarına görə 50 min dirhəm (təxminən 13 min 600 dollar) cərimə kəsildiyi qeyd olunur.

Saba Lazişvilinin qardaşı Zviad daha əvvəl Merab və Sabanın noyabrın 13-də azadlığa buraxılacağını bildirmişdi. Gürcüstanlı idmançıların cərimələrinin RAF güləş turnirinin təşkilatçısı tərəfindən ödəniləcəyi ehtimalı var.

Qeyd edək ki, insident noyabrın 11-də Əbu-Dabidəki hotellərdən birinin foyesində baş verib. Müsahibə zamanı Dvalişviliyə yaxınlaşan Usman Nurməhəmmədov ona zərbə endirib. Bundan sonra idmançıları müşayiət edən şəxslər arasında kütləvi dava başlayıb.

Əbu-Dabi polisi hadisə ilə bağlı 10 nəfərin saxlanıldığını açıqlayıb. Onlardan səkkizi davada iştirak etməkdə, ikisi isə baş verənləri lentə almaqda şübhəli bilinib. İş materialları prokurorluğa göndərilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью