Nurməhəmmədov turnirdən kənarda qaldı, yerinə gürcü döyüşçü seçildi

13.11.2026

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gürcüstanlı döyüşçü Saba Lazişvili noyabrın 14-də Əbu-Dabidə keçiriləcək "Real American Freestyle" (RAF) təşkilatının turnirində rusiyalı Umar Nurməhəmmədovun əvəzinə mübarizə aparacaq.

Moderator.az xəbər verir ki, bu barədə RAF-ın mətbuat xidməti məlumat yayıb.

21 yaşlı Lazişvili UFC-nin yüngül çəkidə sabiq titul iddiaçısı, 47 yaşlı amerikalı Yurayya Feyberlə qarşılaşacaq. Əvvəlcə həmin görüşdə Umar Nurməhəmmədovun iştirak etməsi planlaşdırılırdı.

Qeyd edək ki, Lazişvili UFC-nin sabiq çempionu Merab Dvalişvili və Umar Nurməhəmmədovun qardaşı Usman Nurməhəmmədovun da iştirak etdiyi kütləvi davada yer alıb.

Dvalişvili noyabrın 11-də Əbu-Dabidəki hotelin foyesində Usmanın və onun ətrafındakı şəxslərin ona hücum etdiyini iddia edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью