Nurməhəmmədovla davada adı hallanan Dvalişvili sərbəst buraxıldı

13.11.2026

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əbu-Dabidə Usman Nurməhəmmədovun da iştirak etdiyi kütləvi davadan sonra saxlanılan gürcüstanlı MMA döyüşçüsü Merab Dvalişvili azadlığa buraxılıb.

Moderator.az xəbər verir ki, bu barədə "Real American Freestyle" (RAF) təşkilatının mətbuat xidməti məlumat yayıb.

Təşkilatın həmtəsisçisi Çed Bronşteyn Dvalişvilinin yenidən Əbu-Dabidə onlara qoşulduğunu açıqlayıb və yerli hakimiyyət orqanlarına təşəkkür edib.

"Merabın yenidən Əbu-Dabidə bizə qoşulduğunu bildirməkdən məmnunam. Peşəkarlıqlarına və dəstəklərinə görə Əbu-Dabinin müvafiq dövlət qurumlarına səmimi təşəkkürümüzü bildiririk. Fəaliyyətimizi davam etdirməyə köklənmişik və Merabın qayıtmasına sevinirik", - deyə o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью