“Nürnberq” Emrelini buraxmaq istəmir

22.12.2024

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniyanın "Nürnberq" futbol klubu azərbaycanlı hücumçu Mahir Emreli ilə müqaviləni uzatmaq istəyir:

Hücumçu ilə hazırkı müqavilə cari mövsümün sonuna qədər qüvvədədir və “Nürnberq” onu daha bir il, 2025/26 mövsümünün sonuna qədər uzatmağı təklif edir. Bildirilir ki, Emrelinin ən böyük üstünlüyü topla oynamasıdır. Yüksək texnikası hesabına kiçik yerdə dominant ola bilir. Özünün topa toxunuşu və onu yaxında saxlaması hesabına təzyiqli vəziyyətdən çıxmağı bacarır.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью