“Nürnberq” heyəti açıqladı, Mahir ilk “11lik”də yer aldı Yenilənib

06.12.2024

Icma.az, Qol.az saytına istinadən bildirir.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" bu gün Almaniya 2-ci Bundesliqasında növbəti oyununa çıxacaq.

QOL.az xəbər verir ki, komanda 15-ci turda "Elfersberq"in qonağı olacaq.

Oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. M.Emreli əvvəlki oyunlarda olduğu kimi, əsas heyətdə yer alıb.

Matçı televiziya vasitəsilə Azərbaycandan da canlı izləmək mümkün olacaq. Görüş "İdman TV"də birbaşa nümayiş olunacaq.

Qeyd edək ki, "Nürnberq" hazırda 19 xalla 12-ci, "Elfersberq" isə 22 xalla 6-cı pillədə qərarlaşıb. 
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью