Nürnberq in baş məşqçisi: Mahir Emreli komanda yoldaşına kobudluq etməyib

14.02.2025

Report.az saytına istinadən Icma.az xəbər verir.

Almaniyanın "Nürnberq" klubunun baş məqşçisi Miroslav Kloze Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin məşqdə komanda yoldaşına kobudluq etməsi ilə bağlı iddalara münasibət bildirib.

"Report"un məlumatına görə, mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran mütəxəssis yazılanları təkzib edib.

Kloze yaşananlar haqqında bunları söyləyib:

"Mən məşq meydanında idim. Belə hadisə olmayıb. O, ikili mübarizələrdə aqressiv idi. Lakin bunu ondan biz istəmişik. Mahir idman zalında fərdi çalışmalı olduğu üçün məşqi erkən tərk etmişdi".

Qeyd edək ki, Mahir Emreli ötən ilin yayında II Bundesliqa klubuna keçib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью