“Nürnberq” Mahirin qolunu 1ci elan etdi Video

29.12.2024

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Nürnberq” klubu 2024/2025 mövsümünün birinci hissəsi üçün komandanın vurduğu 10 ən yaxşı qolu müəyyənləşdirib.

QOLaz xəbər verir ki, ikinci bundesliqa təmsilçisinin reytinqində Azərbaycan millisinin hücumçusu Mahir Emreli 1-ci yeri tutub. 

Onun 9-cu turda "Qroyter Fyurt"un qapısından keçirdiyii qol ən yaxşı seçilib. Həmin qol Emrelinin “Nürnberq”də ilk qolu idi.

Mahirin daha bir qolu - 11-ci turda 
“Hamburq"a vurduğu qol isə 9-cu yeri tutub.

Əlavə edək ki, M.Emreli bu mövsüm  "Nürnberq"in heyətidə bütün turnirlərdə 13 matçda meydana çıxıb, 4 qol vurub, 1 qolun isə ötürməsini verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью