Icma.az bildirir, Apasport saytına əsaslanaraq.
“Nürnberq”in futbolçusu Mahir Emreli komanda ilə məşqlərə başlayıb.
Apasport.az xəbər verir ki, azərbaycanlı hücumçunun hazırda Cənubi Koreyanın “Seul” klubuna keçidi gündəmdədir.
“Nürnberq”in İdarə Heyətinin üzvü Yoti Çatzilexi “Bild” nəşrinə açıqlamasında Mahirin transfer durumu barədə danışıb:
“Mahir yenidən məşqlərə başlayır və daha kənarlaşdırılmayacaq. Onunla bu məsələni müzakirə etmişik. Təzyiq altında deyilik. Cənubi Koreyadan bizimlə əlaqə saxlasalar, danışacağıq. Olmazsa, Mahir bizim üçün oynamağa davam edəcək və qollarını vuracaq”.
Qeyd edək ki, Emreli Bundesliqa 2-də 14 matça çıxıb, 3 qol və 1 ötürmə ilə yadda qalıb.
Vasili Berezutski: “Bu oyunu aktivimizə yaza bilmərik” Bayılda hesab açılmadı - YENİLƏNİB Azər Bağırov: “Futbolçulardan əsas tələbimiz odur ki…” Ayxan Abbasov: “Yolumuza davam edirik” Söylə, jurnalistsən, yoxsa ultras?!