Nürnberq Şalke ilə bacarmadı Mahir Emreli hanı?

25.01.2025

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniyada 2-ci Bundesliqada 19-cu tur start götürüb.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” səfərdə “Şalke” ilə qarşılaşıb. 

Miroslav Klozenin baş məşqçisi olduğu komanda 1:3 hesabı ilə məğlub olub.

Emreli oyunun iştirakçısı olmayıb. Ümumiyyətlə, onun adı matçın protokoluna salınmayıb. Bu da Mahirin cəzalı olması ilə bağlıdır. Futbolçumuz ötən tur "Karlsrue" ilə matçda aldığı sarı vərəqə səbəbindən cəzalı duruma düşüb.

Hazırda 25 xalı olan “Nürnberq” turnir cədvəlinin 12-ci pilləsində mövqe tutub. \\Fanat.Az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью