Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Mahir əla keyfiyyətlərə malikdir. Bunu meydanda da görə bilərsiz”.
Apasport.az xəbər verir ki, bunu “Nürnberq”in futbolçusu Yulian Yustvan deyib.
27 yaşlı almaniyalı yarımmüdafəçi Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandada qalmasını istədiyini bildirib: “Əgər Mahir meydana köklənmiş vəziyyətdə çıxsa və ən yaxşı oyununu göstərsə, bizə çox köməyi dəyəcək. Onun “Nürnberq”də qalmasına xoşbəxt olaram”.
Qeyd edək ki, II Bundesliqanın “Paderborn”la oyununda (2:3) dubl edən Emrelinin hər iki qolunun ötürməsini Yulian verib.
“Qarabağ” Azərbaycan kubokunun finalında - YENİLƏNİB "Turan Tovuz" - "Şamaxı" matçının biletləri satışa çıxarılıb AFFA rəsmiləri UEFA-nın tədbirində I Liqa: XXIII turun təyinatları müəyyənləşib Denis Silva: "Neftçi" azarkeşlərinə çox üzülürəm"