Nursultanın rəqibi UFC dən qovuldu SƏBƏB

21.08.2025

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Brayan Betl UFC-dən qovulub.

Fanat.Az xəbər verir ki, UFC döyüşçüsü Brayan Betl, çəkisini 3-cü dəfə sala bilmədiyi üçün təşkilatla müqaviləsi ləğv edilib.

Betl 2025-ci ilin 16 avqustunda Çikaqoda keçirilən UFC 319 tədbirində Nursultan Ruziboev ilə qarşılaşmalı idi. Lakin, çəkim zamanı Betl 190 funt (təxminən 86.18 kq) çəkilib, bu da 186 funt (təxminən 84.37 kq) olan orta çəkili döyüş limitindən 4 funt (təxminən 1.81 kq) artıqdır .

Bu, Brayan üçün ardıcıl ikinci çəkim uğursuzluğudur. Əvvəlki dəfə 2024-cü ilin dekabrında Randi Brovn ilə döyüşündə də çəkisini sala bilməmişdi . Həmçinin o, 2023-cü ilin mayında Qabriel Qren ilə döyüşündə də çəkisini 2 funt (təxminən 0.91 kq) artıq salmışdı .

UFC, Brayan ilə müqaviləsini ləğv edərək, təşkilatın çəkim qaydalarına riayət etməyən döyüşçülərlə bağlı sərt mövqe sərgilədiyini bir daha nümayiş etdirib.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью