Nurullayev Avropa çempionu oldu

14.03.2025

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Futbolpress.az xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda rusiyalı Danil Qriqoryevə (UWW) 3:2 hesabıyla qalib gələrək çempion olub.

Daha öncə yunan-Roma güləşçilərimiz qitə birinciliyində 1 gümüş və 2 bürünc medal əldə etmişdilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью