Nüşabə ailəsini itirdiyi qəzadan danışıb AĞLADI: “Qardaşımın səsi qulağımdan getmir”

23.01.2026

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müğənni Nüşabə Musayeva efirdə ağlayıb.
Bizim.Media xəbər verir ki, ifaçı “Rəngarəng”də qonaq olarkən ailə faciəsindən danışıb.
Nüşabə 15 yaşında düşdüyü ağır avtomobil qəzasından göz yaşı tökərək bəhs edib: “15 yaşımda böyük faciə yaşamışam. Əmim oğlunun toyundan gəlirdik, çox xoşbəxt idik, deyib-gülürdük. Digər əmim oğlu nişanlı idi, o da maşındaydı, sümükləri ələ gəlmədi, bacımın beyin dərisi soyuldu. Anamın başı boynuna girmişdi. Təkcə o yadımdadır ki, atama “yavaş sür” dedim.
Kiçik qardaşımın 8 yaşı var idi. Onun səsini hələ də unuda bilmirəm. Qulaqlarımdan getmir”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью