Nüşabə Ələsgərlidən illər sonra etiraf: “Buna görə peşmanam”

19.11.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Nüşabə Ələsgərli fəaliyyətinin ilk illərində yaradıcılıqdan daha çox maddi qazanca üstünlük verdiyini etiraf edib.

“Yeni Sabah” xəbər verir ki, Əməkdar artist toylarda əksəriyyətin istədiyi mahnıları ifa etdiyini bildirib:

“Mən sənətə sevərək başlamışdım. Sadəcə olaraq sənətin suyunu sıxdım, maddiyyatını aldım. Ürəyim istəyəni oxumadım, toylara qaçdım. Toylara qaçdığıma görə maddiyyat dalınca getdim. Yaxşı şeylər oxuya bilmədim. O cür mahnılar oxumaq istəyəndə səsim yerində olmadı. 30 günün hamısını məclislərdə olmuşam. Yaxşı mahnılar, ifalar yazdırmaq lazımdır. Məclisdə çox olanda ona vaxt qalmır. Buna görə peşmanam. İstədiyim mahnıları da ürəyim istədiyim kimi oxumadım”. İnternet mağaza

Aydan Hacı 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью