Nüşabə Ələsgərlinin bu sözləri Günayı əsəbiləşdirdi Video

12.04.2025

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Əməkdar artist Nüşabə Ələsgərli ilə aparıcı Günay Baxşəliyeva arasında narazıçılıq yaşanıb.

Axşam.az xəbər verir ki, müğənni "Zaurla Günaydın" verilişində aparıcı Zaur Baxşəliyevdən "Quymaq" bişirməsini istəyib. Zaurun bunu bacardığını eşitən N.Ələsgərli Günaya "Bəxtəvər başına, quymaq bişirən həyat yoldaşın var" sözlərini söyləyib. 

Günay isə əsəbiləşərək "Bir siz qalmışdınız bunu deməyən. Ən acığıma gələn sözdür, deməyin. Sevmirəm onu. Demək olar ki, xoşbəxtsən. "Bəxtəvər olasan" deyəndə də sevmirəm" sözlərini söyləyib.

Müğənni isə "Günay düz deyir. İstəyərək desəm də gözüm dəyə bilər. Hər adamın əri "Quymaq" bişirə bilmir. Ona görə dedim" cavabını verib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью