Nüşabə Musayeva: “O, keçmişini tez unutdu”

19.10.2026

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

Nüşabə  Musayeva  həmkarı Nəfəs haqqında danışıb.

Adalet.az bildirir ki, N.Musayeva Nəfəsin cangüdənlə el şənliklərinə getməsini yaxşı qəbul etmədiyini deyib:

“Heç vaxt  keçmişimi danmamışam. Keçmişin danan adamları da normal qəbul etməmişəm.  Pul qazanmaq üçün zəhmət çəkdiyim bütün peşələri sevmişəm. Ancaq Nəfəs öz keçmişin tez unutdu. Bir zamanlar  Nəfəs şirniyyat bişirib mən getdiyim gözəllik salonuna gətirib satırdı. Mənə yaxınlaşıb kömək istəyirdi, müğənni olmaq istədiyini deyirdi. İnsandır, mən də ona  dəstək olaram, demişdim. Amma o, səhnəyə gələndən sonra  özündən böyüklərə laqeydliyi ilə gözdən düşdü.  Son vaxtlar da cangüdənlə gəzməsi onu xalqın yanında hörmətsiz etdi. Səni xalq adam edib, xalqdan niyə qorunursan? İnsan keçmişini unutduqca yolun aza bilər. Ona görə keçmiş həmişə önəmlidir”.

Əntiqə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью