Nüsrət Skrıjelj İstanbulda saxlanıldı Video

21.11.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Braziliya məhkəmə orqanları tərəfindən "narkotik vasitələrin qanunsuz dövriyyəsi" və "cinayət təşkilatı yaratmaq" cinayətləri ilə ittiham olunan, eyni zamanda İnterpolun "Qırmızı bülleten"i vasitəsilə beynəlxalq səviyyədə axtarışda olan Nüsrət Skrıjelj İstanbulda saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, N. Skrıjelj Cənubi Amerikadan Avropaya kokain daşınmasını təşkil edən Şərqi Avropada yerləşən cinayət təşkilatının "yüksək səviyyəli" üzvüdür.

Qeyd olunub ki, şübhəli şəxs vasitəçi şirkətlərdən istifadə etməklə, narkotik vasitələrin qanuni yüklərin içərisində gizlədilərək Avropaya göndərilməsini təşkil edib.

Beynəlxalq əməliyyatlar zamanı ifşa edilmiş yazışmalara əsasən, Braziliyada ələ keçirilən 3 ton kokainin arxasında duran alıcının Skrijelj olduğu müəyyən edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью