Nüvə balansı risk altında: Rusiya açıq mesaj verdi

03.02.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Moskvanın Yeni Strateji Silahların Azaldılması Müqaviləsi (Yeni START) çərçivəsində məhdudiyyətlərin uzadılması ilə bağlı təşəbbüsü ABŞ tərəfindən hələ də cavabsız qalır.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskovun sözlərinə görə, Rusiya tərəfinin bu təklifi hələ də masadadır, lakin Vaşinqtondan indiyədək rəsmi cavab daxil olmayıb. O vurğulayıb ki, Rusiyanın strateji sabitlik məsələsində mövqeyi dəyişməz olaraq qalır və vəziyyətin inkişafı ABŞ-ın mövqeyindən asılı olacaq.

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da mövzu ilə bağlı açıqlama verərək bildirib ki, Moskva Yeni START Müqaviləsinin müddəti başa çatdıqdan və məhdudiyyətlərin qüvvədən düşməsindən sonra formalaşacaq yeni reallığa hazırdır.

Tahir Turan
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью