Nüvə danışıqları uğursuz olarsa, İranın “B” planı yoxdur

21.05.2025

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

İranda qorxurlar ki, ABŞ-la nüvə danışıqları indi baş verdiyi kimi uğursuz olarsa, Tehranın “B” planı yoxdur və sanksiyalar aradan qaldırılmadan İslam Respublikası “özünü bərpa edə bilməyəcək”.

Bizimyol.info xəbər verir ki, bu barədə İran mənbələri “Reuters”ə bildiriblər.

Eyni mənbələrə görə, tərəflər arasında fikir ayrılıqları hazırda xüsusilə geniş miqyaslı görünür və təkcə zənginləşdirmə məsələsi ilə məhdudlaşmır, həm də İranın zənginləşdirilmiş uranın saxlanması, onun raket proqramı, əldə olunan razılaşmanın bir hissəsi olaraq nə qədər və hansı sanksiyaların ləğv ediləcəyi məsələsi ilə bağlıdır.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью