Nüvə enerjili ilk konteyner gəmi hazırlanacaq

13.03.2026

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cənubi Koreyanın gəmiqayırma şirkəti "HD Hyundai" və ABŞ şirkəti "American Bureau of Shipping" dünyada ilk dəfə nüvə enerjili konteyner gəmisinin layihəsini hazırlamaq üçün əməkdaşlıq sazişi imzalayıblar.

Reyting.az xəbər verir ki, layihə çərçivəsində ümumi tutumu 16 000 ağırlığında olacaq nəhəng konteynerin öncə elektrik hərəkət sistemi hazırlanacaq və sistem enerji mənbəyi kimi kiçik modul nüvə redaktorları "SMR" texnologiyasından istifadə edəcək. Mütəxəssislər bildiriblər ki, belə reaktorlar təxminən 100 meqavat güc istehsal edir.

Alimlər nüvə enerjisinin uzunməsafəli daşımalar üçün tam etibarlı, səmərəli olub-olmayacağını araşdıracaqlar. Şirkətləri təmsil edənlər, həmçinin işə cəlb olunan mütəxəssislər vurğulayıblar ki, əgər layihə uğurlu olarsa, bu, gələcəkdə fosil yanacaqlardan istifadə etməyən yeni nəsil konteyner gəmilərinin yaradılmasına yol aça bilər.

Oqtay QORÇU


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью