Nüvə materialını satmaq istəyən şəxs saxlanıldı

07.10.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları nüvə materialı ilə qanunsuz davranma faktı üzrə ölkə vətəndaşını saxlayıblar. 

Bakıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxs “Uran-238” nüvə materialını xarici ölkə vətəndaşına 700 min ABŞ dollarına satmağı planlayıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-Kəşfiyyat və Xüsusi Əməliyyatlar departamentlərinin əməkdaşları tərəfindən birgə keçirilmiş tədbir nəticəsində Gürcüstan vətəndaşı olan həmin şəxs saxlanılıb.

"Araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 230-cu maddəsi ilə aparılır. Həmin maddə 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – məlumatda qeyd olunub.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью