“Nüvə razılaşması olacaq və uranı zənginləşdirməyə davam edəcəyik”

13.05.2025

Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Tehran-Vaşinqton danışıqlarının gələcək perspektivi müsbətdir".
Missiya.Az
xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əhməd Bəxşayeş Ərdestani deyib.

O, İran və ABŞ-nin nüvə proqramı barədə razılaşacağına ümid edib.

“İran heç vaxt uranın zənginləşdirilməsini dayandırmayacaq və Amerika ilə əldə etdiyimiz razılaşmada biz öz ölkəmiz daxilində 20% və ya ən azı 5% faiz zənginləşdirməni imkanını mütləq saxlayacağıq”, - deyə millət vəkili vurğulayıb.

 Əhməd Bəxşayeş Ərdestaninin sözlərinə görə, İran uranın zənginləşdirilməsi üçün yaradılan obyektlərin də ləğvi ilə razılaşmayacaq.

Zərintac Mayisqızı
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью