Nüvə sammiti: Müzakirə var, qərar yox

14.01.2025

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran Almaniya, İngiltərə və Fransa ilə nüvə fəaliyyətləri ilə bağlı görüş keçirib. 

"Cebheinfo.az" xəbər verir ki, İran xarici işlər nazirinin müavini Qərib Abadi "X" sosial media hesabında verdiyi açıqlamada bununla bağlı məlumat verib. Q. Abadi bəyan edib ki, İran və üç Avropa ölkəsi (Almaniya, İngiltərə və Fransa) arasında dünən İsveçrənin Cenevrə şəhərində keçirilən üçüncü raund danışıqları ciddi, açıq və konstruktiv keçib. Abadi "Nüvə fəaliyyətləri və sanksiyalarla bağlı lazım olan razılaşmanın əldə edilməsi üçün bəzi detallar müzakirə edildi" ,-deyə yazıb. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью